Slimfit
  1. İDMAN

Azərbaycanın daha bir karateçisi Avropa çempionatında finala çıxıb

Azərbaycanın daha bir karateçisi Avropa çempionatında finala çıxıb
Sakura

Azərbaycanın daha bir karateçisi Avropa çempionatında finala çıxıb

Azərbaycan para-karateçisi Sahib Əhədov İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Report”un məlumatına görə, gözdən zəif idmançılar arasında 3 nəfərdən ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39,94 xalla qrup lideri olub.

Bu gün baş tutacaq həlledici görüşdə onun rəqibi gürcüstanlı Zviadi Vasadze olacaq.

Üç dərəcə üzrə para-karateçilər arasında Avropa çempionatına 16ölkədən 46 idmançı qatılıb.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Rafael Ağayev (75 kq) də finala çıxıb. O, bu gün keçiriləcək həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək. Həmçinin Nuranə Əliyeva (50 kq), Asiman Qurbanlı (+84 kq) və kata növündə Roman Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR