Dərc edildi: Baxış sayı: 363
Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu oldu
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,100 kiloqram çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kiloqram) olimpiadanın qızıl medalına sahib çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət