Dərc edildi: Baxış sayı: 467
Azərbaycanın bu kəndində bütün sakinlər bir-birilə salamlaşır
Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bayram günü kəndin sakinləri əsas küçədə cərgə ilə düzülərək bir-birilə salamlaşıb-qucaqlaşıblar və bayramlaşıblar.
Onlar bu addımla bir-birilərinə qarşı sevgi və qardaşlıqlarını nümayiş etdiriblər.
Bu mərasimin ən maraqlı tərəflərindən biri də budur ki, hətta il boyu ədavəti olanlar belə həmin gün barışırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət