Slimfit
  1. SİYASƏT

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mixail Qusmanı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mixail Qusmanı təbrik edib
Sakura

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mixail Qusmanı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib.

Report”un xəbərinə görə, Birinci vitse-prezidentin "İnstagram" səhifəsində yer alan təbrikində deyilir:

“Bu gün TASS agentliyinin baş direktorunun müavini Mixail Solomonoviç Qusmanın 70 yaşı tamam olur.

Çoxşaxəli istedadı, tükənməz enerjisi, yorulmaz fəaliyyəti və daim yeni yaradıcı zirvələri fəth etmək səyləri sayəsində Mixail Solomonoviç cavan qalmağı bacarmış, nikbinlik və xeyirxahlığını itirməməyə müvəffəq olmuşdur. O, əsl vətənpərvər kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mövcud olan dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir.

Mixail Solomonoviç Qusmanı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona və gözəl ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR