Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, leysan yağıb, Gəncəçay-Zurnabad çayından sel keçib

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, leysan yağıb, Gəncəçay-Zurnabad çayından sel keçib
Sakura

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, leysan yağıb, Gəncəçay-Zurnabad çayından sel keçib

Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Zaqatalada 26 mm, Ordubadda 20 mm, Balakəndə 18 mm, Daşkəsəndə 12 mm, Gədəbəydə 8 mm, Göygöldə 7 mm, Culfada 6 mm, Şəmkir, Şahbuz, Naxçıvan, Gəncə, Sədərək, Tərtər, Ceyrançöl, Tovuz, Şəki, Şərur, Naftalanda 5 mm-dək olub.

Yağan leysan yağış nəticəsində Göygöl ərazisindən keçən Gəncəçay-Zurnabad çayından sel keçib.

Külək: İyunun 10-da şərq küləyi arabir Şabranda 20 m/s-dək, Naxçıvan, Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Şəmkir, Balakən, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31° dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 17-26 dərəcə isti, aran rayonlarında 33° dərəcəyədək isti olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR