Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın bank sektorunun aktivləri azalmağa başlayıb

Azərbaycanın bank sektorunun aktivləri azalmağa başlayıb
Sakura

Azərbaycanın bank sektorunun aktivləri azalmağa başlayıb

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 218,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 3% azdır. 

Bank sektoru ötən ilin may ayından bəri ilk dəfə kiçilmə nümayiş etdirir. Bununla yanaşı, sektorun aktivləri ötən il aprelin 1-i ilə müqayisədə 8% çoxdur.

Bankların aktivlərinin 13 759,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 22,5% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,6%-dən 42,7%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6% artaraq 27 477,9 milyon manata, o cümlədən depozit portfeli 10,9% artaraq 20 586,6 milyon manata çatıb. Bunun 8 185,7 milyon manatı fiziki, 12 427,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 1,1% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 20,4% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 5,9% artaraq 350,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 9,9% artaraq 4 741 milyon manat təşkil edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR