Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın bağlanmış 4 bankında 215 min əmanətçinin pulu qalıb

Azərbaycanın bağlanmış 4 bankında 215 min əmanətçinin pulu qalıb
Sakura

Azərbaycanın bağlanmış 4 bankında 215 min əmanətçinin pulu qalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyalarını ləğv etdiyi “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərdə əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil etməklə, ümumilikdə 215 min əmanətçini əhatə edir.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu banklarda ümumi əmanət portfelinin 99%-dən çoxu qorunan əmanətlərdir və onlar tam kompensasiya edilir.

Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin (biznes subyektlərinin, eləcə də əmanətlərin sığortalanması sxemi ilə əhatə edilməmiş fiziki şəxslərin qarşısında olan öhdəliklərinin) qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR