Azərbaycanın 3 güləşçisi dünya çempionatında 1/4 finala yüksəlib - YENİLƏNİB-2
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 82 kq çəkidə yer alan pəhləvanın rəqibi ukraynalı Yuri Şkryuba olub.
Görüş Hüseynovun qələbəsi ilə yekunlaşıb - 7:0. O, 1/4 finalda qazaxıstanlı Maxat Yerejepovla qarşılaşacaq.
55 kq çəkidə yarışan dünya və Avropa çempionu Eldəniz Əzizli isə 1/8 finalda hindistanlı Manjet Manjeti üstələyib - 8:0. O, 1/4 finalda monqolustanlı Davabandi Munx Erdende ilə görüşəcək.
63 kq çəkidə güləşən Elman Muxtarov isə 1/8 final mərhələsində ermənistanlı Slavik Qalstyanla üz-üzə gəlib. Muxtarov qarşılaşmanın əvvəlində hesabda geri düşsə də, sonradan üstünlüyü ələ alıb. O, ilk hissəni öndə tamamlayıb - 7:3.
Lakin ikinci hissədə Muxtarov üstünlüyü əldən verərək, uduzub - 7:14.
10:20***
Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 72 kq çəkidə yer alan pəhləvanın rəqibi gürcüstanlı Yuri Lomadze olub.
Görüş Süleymanovun qələbəsi ilə yekunlaşıb - 9:5. O, 1/4 finalda macarıstanlı Balint Koprasi ilə güləşəcək.
09:33***
Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, 72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gələcək.
82 kq çəkidə yarışan Rafiq Hüseynov isə moldovalı Mihail Bradunu 6:0 hesabı ilə üstələyib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət