“Azərbaycanı xaosa sürükləmək istəyirlər” - Türkiyənin tanınmış mafiya başçısı
Türkiyənin tanınmış mafiya başçısı Sedat Peker Azərbaycanda 2 noyabra təyin olunmuş razılaşdırılmamış etiraz aksiyasına münasibət bildirib.
Cebhe.info xəbər verir ki, S.Peker Azərbaycan vətəndaşlarına müraciət edərək, onları radikallara inanmağa, ölkəni xaosa doğru aparmaq istəyən imperializmin yanında olmamağa çağırıb: “Əziz dostlar, Şanlı ölkəmizi dəstəkləyən, imperializmin qəddarlığına qarşı çıxan qardaş Azərbaycanın küçələrini qarışdırmaq cəhdini müşahidə edirik. Bu hadisələrin Azərbaycan üçün “Gəzi hadisələri” olduğunu demək lazımdır. Vicdanla öz hüquqları uğrunda mübarizə aparanlardan istifadə edərək Azərbaycanı xaosa sürükləmək istəyirlər. Azərbaycanda bir neçə ay əvvəl qazilərə qarşı edilən davranış yanlış idi, amma bu davranışı əlində bayraq edib ölkəni xaosa sürükləmək birbaşa vətənə xəyanətdir. Haqqı uğrunda mübarizə apardığını deyən saf qardaşlarım, bu yalanlara inanmayın. İmperializmin oyuncağı olduğunuzu görmürsüzmü? Azərbaycandakı bütün qardaşlarıma səslənirəm. Türk millətçiləri Azərbaycanın Prezidenti İlham Əliyevi ölümünə qoruyacaqlar. Azərbaycanın millətçi can qardaşları bunu yaxşı bilin ki, təsbehin imaməsi gedərsə, təsbeh dağılar”.
Qeyd edək ki, 19 oktyabrda Milli Şura adlanan qurum paytaxtın mərkəzində, “28 May” metrostansiyası yaxınlığında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib, daha bir aksiya noyabrın 2-ə təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət