Slimfit
  1. MEDİA

Azərbaycanı vurmaq üçün bunu edirlər – Deputat

Azərbaycanı vurmaq üçün bunu edirlər – Deputat
Sakura

Azərbaycanı vurmaq üçün bunu edirlər – Deputat

İnkişaf yolu seçən dövlətlərə qarşı daim müəyyən qüvvələr tərəfindən müdaxilə variantları axtarılır. Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün həmin qüvvələrin son vaxtlar istifadə etdiyi variant xaricdə siyasi mühacir adı ilə sığınacaq verilmiş bəzi satılmış azərbaycanlılar, onların hüquqa zidd kampaniyalarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli deyib.

O bildirib ki, müxalif qüvvələr Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədovun siyasi mühacirlərlə bağlı fikirlərinə yanlış prizmadan yanaşıblar və pozuculuq fəaliyyətlərinə davam ediblər:

“Artıq inkişafın növbəti mərhələsinə qədəm qoymuş Azərbaycana qarşı bu missiyaya qulluq edən qüvvələr fəallaşıb. Son aylar demək olar ki, çirkin kampaniyalar məhz bu tip siyasi sığanacaq adı altında gizlənmiş satılmışlar tərəfindən aparılır. Həmin şəxslər baxmayaraq ki, inkişaf etmiş Avropa ölkələrində yerləşiblər, amma onların apardığı kampaniyaları izlədikdə kifayət qədər insan hüquqlarını, şərəf və ləyaqəti tapdalama halları müşahidə olunur”.

Ə. Hüseynlinin sözlərinə görə, hazırda bu cür satılmış insanlardan istifadə edilərək ölkələrə müdaxilə taktikası kimi dəbə minmiş kampaniya növü - internet televiziyalardır:

“Sığındıqları ölkələrdən, oradakı təşkilatlardan bu internet resursların fəaliyyəti üçün kifayət qədər maliyyə əldə edən bu şəxslərin çıxışlarında dövlət atributları, ali dəyərlər, hüquqi prinsiplər dayanmadan aşağılanır, sadə dillə desək, tapdalanır. Heç kimə sirr deyil ki, hazırda internet televiziya resursları təkcə geniş izləyici kütləsi əldə etmək üçün kifayət qədər maliyyə tələb edir. Bu şəxslərində təkcə bu istiqamətdə xərclədiyi pullar on minlərlə ölçülür. Heç bir yerdə işləməyən, faktiki olaraq siyasi mühacir adı altında yad bir ölkədə sığınaraq, bütün günü bu resurslarda əyləşən bu kateqoriyadan olan şəxslər təbii ki, həmin ölkələr tərəfindən müntəzəm maliyyə dəstəyi alır. Bu dəstək iri rəqəmlərlə ölçülən maliyyə vəsaitlərdən ibarətdir. Beləliklə aydın olur ki, bəyanatlarında daim hüquqi və insani aliliyi əsas gətirən Qərb ölkələrindəki bu təşkilatlar onlardan olmayan digər ölkələrdə bu dəyərlərin kobud şəkildə aşağılanması üçün birmənalı maliyyə mənbəyi rolunu oynayırlar”.

Komitə sədri bildirib ki, hazırkı dövrdə seçki prosesinə xarici müdaxilə təhlükəsi ilə bağlı dünyanın iri ölkələrində belə ciddi xəbərdarlıqlar edilir:

“Əminəm ki, milli mənafeyi hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı çıxış edənlərə qəti və layiqli cavab verəcək. Azərbaycan müstəqillik illərində dövlətin bütün sahələri üzrə uğurlu inkişaf yolu keçib, güclənib və müasirləşib. Ölkəmiz dünyada parlaq gələcəyi olan ölkə kimi tanınıb, dünyanın aparıcı ölkələrinin strateji tərəfdaşına çevrilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR