Slimfit
  1. İDMAN

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu
Sakura

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, altıncı yarış günündə Hacımurad Hacıyev (70 kq) cari DÇ-də finalda mübarizə aparan ilk güləşçimiz olub. 

Dağıstanlı legionerimizin Rusiyadan olan həmyerlisi Razambəy Camalovilə final qarşılaşması dramatik alınıb. İlk hissədən sonra 0:3 hesabıyla geridə olan təmsilçimiz görüşün sonlarında geridönüş edərək dünya çempionu olub. Bu, cari mundialda ilk qızıl medalımızdır.

79 kq çəki dərəcəsində güləşən Orxan Abbasov isə bürünc medal uğrunda görüşdə Moldovadan olan həmkarı Adrian Qrosulu üstələyib və mundialda III yeri tutub.

Qeyd edək ki, sabah digər dağıstanlı legionerimiz Əbubəkr Abakarov (74 kq) finalda ABŞ təmsilçisi Mexi Kevin Luislə final görüşünə çıxacaq. Ağır çəkili pəhləvanımız Rahid Həmidli (125 kq) bürünc medal üçün güləşəcək. Asxab Həmzətov (92 kq) isə bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR