Slimfit
  1. İDMAN

Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı

Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı
Sakura

Ukraynanın Xarkov şəhərində badminton üzrə “RSL Kharkiv International 2018” turnirinə yekun vurulub

Ukraynanın Xarkov şəhərində badminton üzrə “RSL Kharkiv International 2018” turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, “International Challenge” kateqoriyalı turnirdə ölkəmizi təmsil edən indoneziyalı Ade Reski Dvikahyo kişi badmintonçuların şəxsi yarışında uğurlu çıxışı ilə yadda qalıb. 

Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz yarışın finalınadək irəliləməyi bacarıb. Dvikahyo həlledici görüşdə çexiyalı Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, turniri II pillədə başa vuran Ade Reski Dvikahyo yarışın gümüş medalını qazanıb. Bu, Azərbaycanın “International Challenge” kateqoriyalı badminton turnirlərində ilk medalıdır.

Turnirə təsnifat mərhələsindən start verən digər indoneziyalı legionerimiz Azmi Kovimuramadhoni isə mübarizəni 1/8 finalda dayandırıb. O, moldovalı Kristian Savinə uduzub.

Qeyd edək ki, “RSL Kharkiv International 2018” turnirində 35 ölkədən 202 badmintonçu medallar uğrunda mübarizə aparıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR