Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanı ''Eurovision 2019''-da Çingiz Mustafayev təmsil edəcək

Azərbaycanı ''Eurovision 2019''-da Çingiz Mustafayev təmsil edəcək
Sakura

Azərbaycanı ''Eurovision 2019''-da Çingiz Mustafayev təmsil edəcək

İsrailin Təl-Əviv şəhərində keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

Enter.News xəbər verir ki, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun "Truth” adlanan əsəri ilə çıxacaq.

"Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq" - deyə bəstəkar Borislav Milanov bildirib.

Qeyd edək ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. "Truth" zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub.

"Eurovision 2019" mahnı müsabiqəsi üçün olduqca ciddi hazırlaşan Çingiz Mustafayev öz tərzinə dəyişiklik edərək flamenko və gitarasından da uzaqlaşıb.

Daha əvvəl İsraildə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsi üçün bilet satışı dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR