Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanı bölmək istəyən mikroblar kimlərdir?

Azərbaycanı bölmək istəyən mikroblar kimlərdir?
Sakura

Azərbaycanı bölmək istəyən mikroblar kimlərdir?

Son vaxtlar sosial şəbəkələrdə bəziləri Azərbaycanda etnik zəmində qarışıqlıq yaratmağa çalışırlar.

Gəlin yazımızda onları “faydasız mikroblar” adlandıraq.

Özlərini “talış xalqının nümayəndəsi” kimi təqdim edən bu 2-3 faydasız mikrobun iç üzünü açmaq elə də çətin deyil. Təkcə bir fakta baxmaq kifayət edir. Amma bu barədə bir qədər sonra...

Bu faydasız mikroblar belə bir fikir yaratmağa çalışırlar: Guya Azərbaycan hökuməti Qarabağ müharibəsində talışları qırğına verib. Daha bilmirlər ki, Qarabağ savaşı zamanı qəhrəman talış qardaşlarımız özləri könüllü batalyon yaratmışdılar. Onları Qarabağda döyüşməyə bir şey məcbur edirdi: Vətən, Torpaq, Azərbaycan sevgisi!

Azərbaycanda bütün millətlər, xalqlar vahid bir şəkildə, eyni qanun-qayda altında yaşayırlar. Ölkənin sərvətindən talış da, ləzgi də, avar da, udin də, türk də bərabər şəkildə faydalanır. Hətta sirr deyil ki, talışlar Azərbaycanın ən səfalı yerlərində yaşayırlar.

Ölkədə sabitlik var, heç bir xalqa qarşı zərrəcə ayrı-seçkilik yoxdur. Bəs belə bir vaxtda sosial şəbəkələrdə talışların adından danışıb gərginlik yaratmaq istəyənlər kimlərdir?

Bu adamların iç üzünü tanımaq elə də çətin olmadı.

Kiçik bir araşdırma apardım, məlum oldu ki, bu faydasız mikroblar birmənalı şəkildə Qarabağda yaradılmış qondarma rejimi dəstəkləyirlər, onun müvəqqəti “bayrağ”ını kor və nankor gözləri üstə tuturlar.

Bu o qondarma rejimdir ki, azərbaycanlıları – o cümlədən qəhrəman talış qardaşlarımızı - şəhid edib.

Bu o qondarma rejimdir ki, qaniçən zabitləri Xocalı soyqırımını törədiblər, qadın, uşaq, qocaları yandırıb, ağlasığmaz işgəncələr veriblər.

Bu o qondarma rejimdir ki, qardaş talış xalqının böyük oğlu, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun müqəddəs nəşini təhqir etmişdi.

Bax, özlərini talış xalqının nümayəndəsi kimi təqdim edən bu faydasız mikroblar Qarabağdakı qondarma, qaniçən rejimin əlaltılarıdır. Onların erməni lobbisindən, düşmən dairələrdən pul alması heç bir şübhə doğurmur.

Bu erməni əlaltıları saxta profillər açaraq, talışların adından Azərbaycan türklərini, türklərin də adından talışları söyürlər.

Amma nə görürlər? Görürlər ki, nə türklər, nə də talışlar bu tələyə düşür. Onlar həmin paylaşımların altına fikirlərini yazıb etiraz edirlər və öz vətənlərini – Azərbaycanı sevdiklərini deyirlər.

Çox yaxşı ki, talış qardaşlarımız bu fitnəyə uymurlar və ölkənin birliyini, sabitliyini, xalqların qardaşlığını hər şeydən üstün tuturlar.

Biz birlikdə güclüyük, birlikdə bütövük. 90-cı illərin əvvəllərində parçalananda başımıza nələrin gəldiyini gördük. Ona görə də heç bir vətəndaşımız sosial şəbəkələrdəki bu erməni əlaltılarının aləti olmayacaq.

Sonda bir şeyi deyim:

Talış qardaşlarımız bu separatçı şəxslərin talış xalqının adına ləkə olduğunu deyirlər.

Yox, elə deyil.

Bu “faydasız mikroblar” talış xalqının adına ləkə gətirə bilməz!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR