Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən hərbçilərə diplomatik pasport verilməsini nəzərdə tutan…
Azərbaycan Prezidenti İlham Əliyev“Pasportlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, bu qanun Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi ilə bağlıdır.
Qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət