Dərc edildi: Baxış sayı: 590
Azərbaycandan Gürcüstana gedən şəxs karantinə alındı
Azərbaycandan Gürcüstana Laqodexi sərhəd-keçid məntəqəsindən daxil olan qadın Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan vətəndaşı olan həmin şəxs bir neçə gün bundan öncə İranda olub.
Tibbi yoxlama zamanı həmin şəxsdə yüksək hərarət və virusa xas simptomlar müəyyən olunmayıb. Gürcüstan vətəndaşı İranda olduğundan və koronavirusun inkubasiya dövrü bitmədiyindən protokola əsasən iki həftə karantində saxlanılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət