Azərbaycan şirkətləri noyabrda Çinə ixrac missiyası çərçivəsində bu ölkəyə 50 mln. dollar dəyərində…
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsinin müvəqqəti icraçısı Yusif Abdullayev məlumat verib.
"Çinə sonuncu missiya çərçivəsində Azərbaycan şirkətləri 50 mln. dollar dəyərində məhsul tədarükü haqqında müqavilələr bağlayıb. Hesab edirəm ki, bu, çox yaxşı nəticədir", - deyə o, bu gün mətbuat kobfransında bildirib.
Y.Abdullayevin sözlərinə görə, müqavilələr Çinə şərab məhsulları, araq, üzüm şirəsi və digər məhsulların ixracını nəzərdə tutur.
O, həmçinin qeyd edib ki, noyabrın 7-də Şanxayda açılmış Azərbaycan Şərab Evində 15 Azərbaycan şirkətinin 120 adda məhsulu təqdim olunub.
Xəbər verildiyi kimi, iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti 4-8 noyabr tarixlərində Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Səfərdə məqsəd Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak etməkdən ibarət olub.
Səfər çərçivəsində noyabrın 7-də Şanxayda Azərbaycan Şərab Evi açılıb. Bu, Çində sayca 2-ci Azərbaycan Şərab Evidir. Birinci Şərab Evi bu ilin sentyabr ayında Urumçidə açılıb.
Mənbə: Kommersant.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət