Dərc edildi: Baxış sayı: 350
Azərbaycandan ABŞ-yə pul köçürmələri 2 dəfədən çox azalıb
2023-cü ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 54,8 milyon ABŞ dolları pul köçürülüb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,4 dəfə azdır.
Hesabat dövründə Azərbaycandan ABŞ-yə pul köçürmələrinin ümumi köçürmələrdə payı 20,6 %-dan 10 %-ə düşüb.
Ötən il ABŞ-dən Azərbaycana isə 73,8 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,1 dəfə azdır.
İl ərzində ABŞ-dan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 4,3 %-dən 4,5 %-ə çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət