Dərc edildi: Baxış sayı: 462
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi
"Bakı Fond Birjası" QSC 2020-ci ilin yanvar-mart aylarında birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,081 mln manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 575,408 min manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 177,516 min manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 105,841 min manatla “İnvest-AZ İnvestisiya Şirkəti" QSC, 94,806 min manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 38,305 min manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC və 27,267 min manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 2 081 504,556 |
2 | AzFinance | 575 407,831 |
3 | Unicapital | 177 516,072 |
4 | İnvest-Az | 105 840,968 |
5 | BTB Kapital | 94 806,154 |
6 | Xalq Kapital | 38 305,034 |
7 | PSG Kapital | 27 267,175 |
8 | Plato Capital and Co. | - |
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət