"Təəssüflər olsun ki, bu gün Azərbaycanda marginallaşmış bir qrup insan var və onlar ölkəmizin milli…
Bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili, Prezident yanında QHT Şurasının rəhbəri Azay Quliyev radikal müxalifətin ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdləri və icazəsiz mitin keçirməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu marginallaşmış qrup Azərbaycan dövlətinin atdığı bütün pozitiv addımları, təşəbbüsləri məhv etmək istəyirlər: “Nə olur olsun, Azərbaycanın adı mənfi siyahıda olsun, imicinə zərbə dəysin, iğtişaş olsun, Azərbaycanla bağlı müsbət addım atılmasın. Təəssüflər olsun ki, bu cür marginallaşmış insanların fəlsəfəsi, dünya görüşü və günədlik fəaliyyəti bundan ibarətdir. Bundan çox üzülürəm”.
Millət vəkili hesab edir ki, bu qrup insanlar artıq reallıq hisslərini itiriblər: “Azərbaycanda baş verən hadisələrə çox vicdansızcasına, alçaqcasına böhtan yağdırırlar. Bu gün dünyada Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsinə qarşı ancaq Ermənistan çıxdı. Ermənistan bu gün çox böyük təlaş içindədir. Onlar Azərbaycanın belə bir ciddi beynəlxalq tribuna əldə etməsində ciddi narahatçılıq keçirir. Bu gün təssüflər olsun ki, Azərbaycandakı həmin marginallaşmış qruplar da Ermənistanla eyni mövqedən çıxış edir və sanki onlar fəaliyyətlərini sinxronlaşdırırlar. Azərbaycan əleyhinə olan düşmən dövlətlə eyni mövqedən çıxış edirlər. Mən bundan bir vətəndaş olaraq çox üzülürəm. Düşünürəm ki, bu insanlar dövlət, ölkə, cəmiyyət üçün bu qədər böyük əhəmiyyət kəsb edən məsələlərə belə acımasız davranırlar. Dövlət sütünlarını laxlatmağa çalışırlar. Adam deməyə söz tapa bilmir. Ona görə də onların sözlərinə fikir vermək lazım deyil. Onların fikrilərini işıqlandırmağa ehtiyac yoxdur. Onlar özləri üçün bir virtual aləmdə xəyallar qurublar və qoy bu xəyallarında yaşamaqda davam etsinlər. Azərbaycan öz yolu ilə gedir, müəyyənləşdirdiyi kursu həyata keçirir. Dövlətmizin beynəlxalq aləmdə qüdrəti, nüfuzu artır. Kimin nə deməsindən və istəməsindən asılı olmayaraq, bu gün Azərbaycan dünyada ən etibar olunası 3-5 ölkədən biridir. Beynəlxalq etimad ən yüksək səviyyədədir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət