Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda ziyanlı orqanizmlər barədə atlas hazırlanacaq

Azərbaycanda ziyanlı orqanizmlər barədə atlas hazırlanacaq
Sakura

Azərbaycanda ziyanlı orqanizmlər barədə atlas hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan ərazisində kənd təsərrüfatı bitkiləri üçün təhlükəli hesab oluna biləcək karantin əhəmiyyətli ziyanlı orqanizmlər barədə irihəcmli məlumat toplusu - atlas hazırlayacaq.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, atlas Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində hazırlanır. Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə birgə hazırlanacaq atlasda ziyanlı orqanizmlər haqqında ətraflı məlumat - onların ölkəyə daxil ola bilmə istiqamətləri, dünyada yayılma arealı, xarici görünüşləri, simptomoloji əlamətləri və s. barədə informasiyalar qeyd olunacaq.


Atlasın hazırlanması üzərində bitki mühafizəsi istiqamətində çalışan mütəxəssislər çalışacaq. Hazırlanmış atlas nəinki bu sahədə çalışan müfəttişlər və elm adamları, o cümlədən ölkədə kənd təsərrüfatı bitkiləri və məhsulları sahəsində idxal-ixracla məşğul olan sahibkarlar üçün də maraqlı informasiya mənbəyi olacaq.

Atlasın çap ilə yanaşı, hər kəsin əldə edə bilməsi üçün elektron formatda hazırlanması nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR