Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat olub.
Nazirlikdən verilən məlumata görə, Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən Anar Kərimovun imzaladığı əmrə əsasən, Əliyev Elnur Əli oğlu Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elnur Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançester Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.
E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi kimi çalışıb.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət