Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yol polisi uşağı ölümdən qurtardı

Azərbaycanda yol polisi uşağı ölümdən qurtardı
Sakura

Yol polisi əməkdaşı uşağı DYP maşınıyla vaxtında və səbrlə həkimə çatdırıb

Azərbaycanda yolda halı pisləşən azyaşlı oğlanı yol polisi xilas edib. Hadisə avqustun 23-də, saat 08.57-də Bakı-Şamaxı yolunun 14.5-ci km-də baş verib. Avtosfer.az xəbər verir ki, yolu keçən Zülfiyevlər ailəsi və qohumları çıxılmaz duruma düşüblər. Yolun ortasında Tofiq Zülfiyevin azyaşlı nəvəsinin halı pisləşib və yerə yıxılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının nəzarətində olan “Müşfiq postunda” müşahidə kameralarına nəzarət edən inspektor bu barədə dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verib. Bunu eşidən 99 YP 792 nömrəli patrul avtomaşında xidmət aparan tağımın əməkdaşı, polis baş leytenantı Rüfət Quliyev hadisə yerinə yaxınlaşıb. Uşağın vəziyyətinin ağır olduğunu görən DYP zabidi onu və qohumlarını patrul maşınına mindirərək təcili yardım stansiyasına sürüb. Təqdim olunan videodan da görünür ki, polis zabiti çox təmkinlə, yol boyu təhlükəsizlik qaydalarını qorumaqla hərəkət edir, uşağa və onun yaxınlarına ürək-dirək verir. Yaxşı haldır ki, yolda digər avtomobillərin sürücüləri də DYP maşınına dərhal yol verib hərəkətə şərait yaradırlar. Beləliklə, uşaq təcili yardım mərkəzinə tez bir zamanda çatdırılır. Yol polisi əməkdaşı onu qucağına alaraq həkimlərin yanına çatdırır.

Hazırda həmin uşağın səhhəti normaldır, valideynləri və qohumları yol polisi zabiti Rüfət Quliyevə təşəkkür edir. 

Baş DYPİ-nin rəhbərliyi bütün bunları nəzərə alaraq polis zabitini mükafatlandırıb və ona “Təşəkkür” elan edilib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR