Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda yeraltı təkanlar davam edir - Yetirmişli

Azərbaycanda yeraltı təkanlar davam edir - Yetirmişli
Sakura

Azərbaycanda yeraltı təkanlar davam edir - Yetirmişli

İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələnin episentri bizim ən yaxın stansiyamızla 115 kilometr məsafədə yerləşir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Şərqi Azərbaycanda zəlzələ barədə danışarkən deyib.

“Şərqi Azərbaycandakı zəlzələ Azərbaycan Respublikasının Astara, Lənkəran, Lerik, Yardımlı, Beyləqan , Horadiz, Ordubad, Culfa rayonlarında hiss olunub. Sərhədə yaxın olan yaşayış məntəqələrində 4 bal, uzaq rayonlarda 3 balllıq təkanlar müşahidə edilib. Şərqi Azərbaycanda isə zəlzələ episentrdə 6 bala çatıb. Belə güclü zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Zəlzələ baş verəndən indiyə qədər 100 yaxın təkan qeydə alınıb”.

Qeyd edək ki, İranın Şərqi Azərbaycan əyalətində 6 bal gücündə zəlzələ baş verib. İran mətbuatının yaydığı son məlumata görə, zəlzələ nəticəsində 11 nəfər ölüb, 320 nəfər yaralanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR