Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik

Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik
Sakura

Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik

Sosial şəbəkələrdə “donuz qripi”nin Azərbaycan ərazisində yenidən üzə çıxması ilə bağlı məlumatlar yayılıb.

Nizami rayonunda yerləşən 229 saylı məktəb və ona yaxın ərazidə “donuz qripi” ilə əlaqədar dezinfeksiya işləri aparıldığı, hətta 4-5 nəfərə H1N1 virusu diaqnozu qoyulduğu iddia edilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən 229 saylı məktəbin direktoru isə bildirib ki, məktəbdə hər həftə müxtəlif viruslara qarşı dezinfeksiya işləri aparılır. Onun sözlərinə görə, məktəblilər arasında H1N1 virusuna rast gəlinməyib:

“Bizim məktəbdə hər həftəsonu dezinfeksiya aparılır. Bunu müxtəlif viruslara qarşı və təmizlik məqsədilə edirik. Bizim məktəbdə bu xəstəliyə yoluxan isə olmayıb”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də yayılan məlumatları şayiə adlandıraraq, heç kimə “donuz qripi” diaqnozu qoyulmadığını bildirib:

“Tamamilə yalan məlumatdır və kiminsə uydurmasıdır. Əgər H1N1 diaqnozu qoyulsaydı, hər kəsdən qabaq Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayardı. Narahatlıq üçün əsas yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR