Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda yeni müvəqqəti qurum yaradılır

Azərbaycanda yeni müvəqqəti qurum yaradılır
Sakura

Azərbaycanda yeni müvəqqəti qurum yaradılır

Milli Məclisin bu gün keçirilən iclasında “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Qeyd edilib ki, Azad İqtisadi Zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

İclasda çıxış edən deputatlar bildirib ki, ümumiyyətlə, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması iqtisadiyyatın inkişafına, o cümlədən ümumi daxili məhsulun artmasına müsbət təsir göstərəcək, neftdən kənar sahələrin ixrac imkanlarını genişləndirəcək.

Müzakirələrdən sonra qanuna dəyişiklik təsdiq olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR