Dərc edildi: Baxış sayı: 539
Azərbaycanda yeni doğulanlar arasında oğlan uşaqları çoxluq təşkil edir
Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117 752 doğulan körpə qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət