Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir?

Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir?
Sakura

Azərbaycanda yeni buraxılan gümüş 5 manatlıq neçəyədir?

5 manatlıq metal pullar vətəndaşlar tərəfindən əsasən, suvenir kimi alınır.

Söhbət Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə tədavülə buraxılan 5 manatlıq metal puldan gedir. Sözügedən pul çıxarılandan insanları düşündürən məsələ həmin pullardan alış-verişdə istifadə edilib-edilməyəcəyidir. Bundan əlavə, onu neçəyə və haradan əldə etmək olar kimi suallar da yaranır ki, bu barədə Lent.az -ın suallarına Mərkəzi Bankdan cavab gəlib.
 
 
 
Bankdan yubiley məqsədli çıxarılan 5 manatlıqların əsasən, suvenir kimi vətəndaşlar tərəfindən alındığı bildirilib. Qeyd olunur ki, 31 qramdan artıq çəkisi olan gümüş 5 manatlıqları almaq istəyənlər Mərkəzi Bankın saytında Elektron Müraciətlər Xidmətinə daxil olaraq (https://contact.e-cbar.az/) əldə edə bilərlər. Respublika ərazisində nominal dəyəri 5 manat olan gümüş pulları əldə etmək istəyənlər 170 manat 25 qəpik ödəməlidir. BDU-nun yubiley pullarından ölkə ərazisində alış-veriş də etmək olar. Ancaq 170 manata alınmasına rəğmən alış-veriş zamanı həmin pulun dəyəri 5 manat təşkil edir. Vətəndaşlar həmin gümüş pulları əsasən suvenir kimi və ya kiməsə hədiyyə vermək məqsədilə alırlar. Bankdan bildirildi ki, BDU-nun yubileyi məqsədilə 500 ədəd gümüş pul çıxarılıb. Hazırda onların satışı davam edir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR