Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yeni assosiasiya yaradıldı

Azərbaycanda yeni assosiasiya yaradıldı
Sakura

Azərbaycanda yeni assosiasiya yaradıldı

İnsan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən müasir nəzəri biliklərə və yerli təcrübəyə malik yüksək ixtisaslı peşəkarların təşəbbüsü, dövlət və özəl biznes sektorunun dəstəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq qərarı ilə Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) yaradılıb.

Assosiasiyadan Axar.az-a bildiriblər ki, AİRA-nın əsas məqsədlərindən biri insan kapitalının bütün səviyyələrdə və istiqamətlərdə inkişaf etdirilməsi, innovativ və səmərəli şəkildə elmi əsaslandırılmış metodlarla istifadə olunmasıdır. Həmçinin AİRA insan resurslarının strateji baxımdan yönləndirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və ümumilikdə karyerasını qurmağı planlaşdıran şəxslərə dəstək göstərilməsi məqsədi ilə yaradılıb.

AİRA-nın əsas hədəfi milli insan resurslarının idarə edilməsi standartlarının müəyyən olunması və biznesdə çevik idarəetmə sistemlərinin qurulmasına töhfə verməkdir. Assosiasiya insan resurslarının idarə olunması üzrə Azərbaycan iqtisadiyyatında mövcud tendensiyaları nəzərə almaqla elmi məlumatlara və araşdırmaya əsaslanan, beynəlxalq təcrübədə sınaqdan çıxmış (best practices) prosedur və praktikalardan faydalanacaq.

Assosiasiya insan kapitalının formalaşdırılmasında, inkişaf etdirilməsində və idarə olunmasında iştirak edən bütün maraqlı tərəflərin sıx əməkdaşlığını ehtiva edərək bu tərəfdaşlığın Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə dəyərlər qatacağına əmindir.

AİRA insan resurslarının idarə edilməsi sahəsində fəaliyyət göstərən mütəxəssisləri, şirkətləri, təşkilatları, həmçinin dövlətimiz, cəmiyyətimiz və milli iqtisadiyyatımızın inkişafına yüksək dəyər qata biləcək hər kəsi əməkdaşlığa dəvət edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR