Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yayılan yoluxucu xəstəliklə bağlı rəqəmlər açıqlandı

Azərbaycanda yayılan yoluxucu xəstəliklə bağlı rəqəmlər açıqlandı
Sakura

"Qeydə alınan xəstələrin, təxminən, 90 faizindən çoxu 20-40 yaş aralığında olub"

"Yaxın zamanlarda Azərbaycana qızılca-məxmərək əleyhinə böyüklərin immunizasiyası üçün vaksinin gətirilməsi gözlənilir. Yəqin ki, martda bununla bağlı tədbirlərə başlayacağıq. Son vəziyyət olaraq isə onu deyə bilərəm ki, hazırda ölkəmizdə qızılca ilə bağlı durum sabitləşməyə doğru gedir, xəstələrin sayında azalma var". 

 

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O, qızılcaya yoluxan şəxslərin sayı ilə bağlı rəqəmləri də açıqlayıb: "Ötən ilin dekabrından bu ilin fevralınadək 150 nəfərdə qızılca aşkarlanıb. Orta hesabla desək, hər ay, təxminən, 50 nəfərdə bu xəstəlik aşkarlanıb".

A.Əliyeva bildirib ki, qeydə alınan xəstələrin, təxminən, 90 faizindən çoxu 20-40 yaş aralığında olub: "Bu şəxslər vaxtı ilə qızılcaya görə peyvənd olunmayan şəxslərdir".

"Suçiçəyi tək-tək hallarda müşahidə edilir. Suçiçəyi ilə əlaqədar olaraq hansısa artım müşahidə edilmir. Qeyd edim ki, 2017-2018-ci illərdə də suçiçəyi ilə bağlı vəziyyət belə sabit idi".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR