Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda yaşayış minimumu artırıldı

Azərbaycanda yaşayış minimumu artırıldı
Sakura

Azərbaycanda yaşayış minimumu artırıldı

Ölkədə yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri Milli Məclisin (MM) bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.

Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR