Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı

Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı
Sakura

Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı

4400-dən artıq məktəb var və son 10 il ərzində bu məktəblərin 3500-ə qədəri yararlı vəziyyətə gətirilib. Hər il həm Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən məktəblərin bərpası, tikintisi və təmiri prosesi həyata keçirilir. Rəqəmlərdən göründüyü kimi, yararsız olan məktəblər var və bunlardan xəbərdarıq.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, istifadəyə yararsız məktəblərin təmiri növbəli və prioritetlik əsasında, coğrafi paylanmanı nəzərə almaqla həyata keçiriləcək.

Nazir qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni məktəblərin tikintisi davam etdirilir:

"Hesab edirəm ki, bu məktəblər şəhərdə olan insan yükünü azaltmağa, məcburi köçkün məktəblərinin geri qaytarılması prosesinə, məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edəcək".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR