Azərbaycanda yaradılmış snayper tüfənginin sınaqları keçirildi
Bu barədə “AzeriDefence”ə Müdafiə Sənayesi nazirinin müşaviri Azad Məmmədov məlumat verilib.
A.Məmmədovun sözlərinə görə, ilk prototipi ADEX-2018 sərgisində nümayiş etdirilmiş 12.7×108 mm çaplı ST-12.7 snayper tüfəngi xüsusi təyinatlılar üçün nəzərdə tutulur. Silah kiçik qabariti və yüngül çəkisi ilə fərqlənir.
“ST-12.7 üçün 1600 metr atış məsafəsi nəzərdə tutulub. Sınaqlarda 1600 metrədək atışlar həyata keçirmişik və yüksək dəqiqlik əldə olunub. Tüfəng hazırda qiymətləndirmə sınaqlarındadır”, – deyə nazir müşaviri vurğulayıb.
A.Məmmədov bildirib ki, ST-12.7 snayper tüfəngi zəif təpməyə, yüksək dəqiqliyə və rahat erqonomikaya malikdir. Silahda yüksək effekktivliyə malik lülə ağız əyləci və yeni nişangah sistemi tətbiq olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət