Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək

Azərbaycanda xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək
Sakura

Azərbaycanda xəstəxanalarda qeydiyyatda olan hamilə qadınlar SMS vasitəsi ilə maarifləndiriləcək

Bu gün UNİCEF və İcbari Tibbi Sığorta Agentliyinin təşkilatçılığı ilə “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə”  pilot layihəsinə həsr olunmuş tədbir keçirilib.
 
APA-nın məlumatına görə, tədbirdə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən proqramlardan, görülən işlərdən danışan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, icbari sığorta ilə əlaqədar pilot layihə həyata keçirilən Mingəçevir, Yevlax və Ağdaş rayonlarında “Körpə dostu” standartlarının tətbiqi ilə bağlı “Ana və uşaq sağlamlığı üzrə SMS maarifləndirmə” təşkil edilib, hamilə qadınlar SMS-lər vasitəsi ilə maarifləndirilib.
 
Z. Əliyev qeyd edib ki, əhalinin 27 faizi uşaqlardan ibarətdir: “Gələn ildən tətbiq ediləcək icbari sığorta çərçivəsində xidmətlər zərfində xüsusilə ana və uşaqların salamlığının qorunması ilə bağlı xidmətlərin beynəlxalq standartlara uyğun olmasına çalışmışıq ki, ana və uşaqlar daha sağlam olsunlar. Bu layihələrdən biri də SMS layihəsidir. Hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) də ana və uşaq xəstəlikləri, əhalini maraqlandıran digər suallarla bağlı geniş maarifləndirici saytının hazırlanması üzərində iş gedir. İnanıram ki, gələn ilin əvvəllərində bu saytı ictimaiyyətə təqdim edəcəyik. Gələcəkdə SMS maarifləndirmə vasitəsi ilə “Körpə dostu” standartlarının tətbiqini bütün xəstəxanalarda həyata keçirəcəyimizə inanırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR