Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda xəstələr şəkərsalıcı dərman preparatları ilə tam təmin olunurlar

Azərbaycanda xəstələr şəkərsalıcı dərman preparatları ilə tam təmin olunurlar
Sakura

Azərbaycanda xəstələr şəkərsalıcı dərman preparatları ilə tam təmin olunurlar

 Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu var. Hazırda respublikamızda “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov məlumat verib.

Şöbə müdiri bildirib ki, proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb: “Belə ki, 10 il əvvəl şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən asılı olanlardır. Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR