Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda xarici ölkə vətəndaşlarına viza üçün dövlət rüsumunun müəyyən edilməsi qaydası dəyişir

Azərbaycanda xarici ölkə vətəndaşlarına viza üçün dövlət rüsumunun müəyyən edilməsi qaydası dəyişir
Sakura

Azərbaycanda xarici ölkə vətəndaşlarına viza üçün dövlət rüsumunun müəyyən edilməsi qaydası dəyişir

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanunun 17-ci maddəsinə yeni bənd əlavə oluna bilər.

Report” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Təklif olunan 17.8 bəndinə əsasən, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.

Xatırladaq ki, “Dövlət rüsumu haqqında” qanunun 16.1.7-ci maddəsinə görə, Azərbaycanda çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları məbləğində müəyyən edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR