Dərc edildi: Baxış sayı: 482
Azərbaycanda vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsi ilə bağlı dövlət rüsumu ləğv olunur
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.
“Report” xəbər verir ki, qanunla Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.
Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət