Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ

Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
Sakura

Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ

Mingəçevirdə vəzifəli şəxs həbs edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhər prokurorluğundan verilən məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və “Azərsu” ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verməsinə, habelə həmin torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlanmaqla, Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR