Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda vərəmin ən çox yayıldığı regionlar açıqlanıb

Azərbaycanda vərəmin ən çox yayıldığı regionlar açıqlanıb
Sakura

Noyabrın 6-7-də “Park İnn” otelində Səhiyyə Nazirliyi və Dünya Səhiyyə Təşkilatının (DST) texniki və…

Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının əməkdaşlarının da fəal iştirak etdiyi konfransda Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mütəxəssisləri bir araya gəliblər. Onlar DST-nin tövsiyələrinə uyğun olaraq vərəmin diaqnostikası, müalicəsi və profilaktikasına dair yeni yanaşmaları müzakirə ediblər.

 

Konfransda bildirilib ki, hazırda dünyada geniş yayılmış vərəm xəstəliyi ilə bağlı məsələlərin işıqlandırılmasına və uşaqlarda vərəm, dərmanlara davamlı vərəmlə mübarizədə yeni tövsiyələrin müzakirəsinə ehtiyac var.

Tədbirdə DST-nin Avropa regionu, eləcə də Azərbaycanda epidemioloji vəziyyətin və vərəmə qarşı cavab tədbirlərinin, dərmanlara davamlı vərəmin diaqnostikası və müalicə xüsusiyyətlərinin, yeni dərman preparatlarının istifadəsi və qısamüddətli müalicə rejimləri müzakirə edilib.

Konfransda Avropa regionunda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri barədə məlumat verilərib. Qeyd edilib ki, ötən ilin nəticələrinə əsasən, Avropada 290 min vərəm xəstəsi var və vərəmlə xəstələnmə göstəriciləri 100 min nəfərə 32 nəfər təşkil edir. O da bildirilib ki, hər il vərəm və İİV-ə yoluxanların sayı 12-13 faiz artır. Bu xəstəliklərdən ölüm hallarında da artım müşahidə edilir.

Nəticələrə görə, vərəm xəstələrinin 80 faizi İİV müayinəsindən keçirilir. Onlardan 70 faizində ikili infeksiya, yəni həm İİV, həm də vərəm aşkarlanır. Xəstələrdən 65 faizi antiretravirus terapiyası alır. Bununla yanaşı, regionda hər 5 nəfərdən biri dərmanlara davamlı vərəmdən əziyyət çəkir. DST-nin məqsədi 2020-ci ilə qədər dərmanlara davamlı vərəmin müalicəsini 75 faizədək artırmaqdır.

Tədbirdə Azərbaycanda vərəm üzrə epidemioloji vəziyyət və cavab tədbirləri haqqında da məlumat verilıb. Qeyd edilib ki, ötən il Azərbaycanda vərəmə yoluxmuş 3871 ilkin xəstə qeydə alınıb və vərəmlə xəstələnmə göstəricilərinə əsasən, bu problemə hər 100 min nəfərdən 39,8-də rast gəlinir. Bu göstərici rayonlar üzrə qeyri-bərabər paylanıb. Vərəmlə xəstələnmənin yüksək göstəriciləri Bərdə, Mingəçevir, Yevlax, Göyçay və Qazaxda müşahidə edilib. Bakterioloji təsdiq olunmuş ağciyər vərəmi halları 69 faizə bərabər olub. Bu xəstəlikdən təkrar müalicə olunan 3258 xəstə qeydə alınıb və aşkar olunan bütün dərmanlara həssas vərəm xəstələri birinci sıra dərmanlarla müalicəyə cəlb edilib. 
Ötən il dərmanlara həssas vərəm xəstələrinin uğurlu müalicə nəticələri ilkin dərmanlara həssas vərəm xəstələri arasında 84, təkrar müalicə olunanlar arasında isə 74 faiz təşkil edib və 1007 dərmanlara davamlı vərəm xəstəsi aşkarlanıb. Onların uğurlu müalicə nəticələri 59 faiz, ölüm halları isə 16 faiz təşkil edib. Ötən il aşkar olunmuş vərəm xəstələrinin 60 faizi kişilər, 30 faizi qadınlar, 10 faizi isə uşaqlardır. Böyüklər və 18 yaşadək uşaqlar arasında xəstəliyin gecikmiş və yayılmış formalarının aşkarlanma tezliyi azalıb. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır. Qadınlar arasında isə əksinə, artım var.

Vərəm xəstələrinin İİV müayinəsinə cəlbolunma göstəricisi ölkə üzrə 81 faiz təşkil edib. Yalnız dörd rayonda -Tərtər, Neftçala, Göygöl və Lerikdə bu müayinələr 100 faiz aparılıb. Cəlilabad, Abşeron, Bərdə, Şamaxı və Füzuli rayonlarında vərəm xəstələrinin İİV müayinəsinə cəlb olunması 50 faizdən az olub. Ötən il 440 nəfər vərəmdən dünyasını dəyişib ki, bu da hər 100 min insandan 4,5 nəfər deməkdir.

 

 

Mənbə: Metbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR