Dərc edildi: Baxış sayı: 689
Azərbaycanda valyuta hərracında dollara tələb cüzi azalıb
Bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Ens.az “Report” -a istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyulun 13-nə nisbətən 0,4 milyon ABŞ dolları və yaxud, təxminən, 0,7% azalaraq 58,9 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət