Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda uşaqların cins fərqinə görə seçilməsinin qarşısını almaq üçün yeni layihə hazırlanıb

Azərbaycanda uşaqların cins fərqinə görə seçilməsinin qarşısını almaq üçün yeni layihə hazırlanıb
Sakura

Azərbaycanda uşaqların cins fərqinə görə seçilməsinin qarşısını almaq üçün yeni layihə hazırlanıb

BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, tədbirdə dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq, bu gün ölkədə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib. Nazir vurğulayıb ki, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir: "Ötən dövrdə ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı həyata keçirilib və növbəti uzunmüddətli dövr üzrə yeni Dövlət Proqramı layihəsi də hazırlanıb".

S.Babayev Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində də BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, habelə Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına, mütərəqqi beynəlxalq yanaşmalara uyğun siyasətin aparıldığını, gender bərabərliyinin təmin olunduğunu bildirib.

Nazir yeni layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini yüksək dəyərləndirib.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev yeni doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Tədbirdə Avropa İttifaqı Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədilə Milli Fəaliyyət Planının hazırlanmasının ümumən demoqrafik inkişafın dəstəklənməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Sonra BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” Qlobal Proqramın çərçivəsində Bakıya dəvət olunan beynəlxalq ekspert Monika Das Qupta tərəfindən “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihə sənədi təqdim olunub.

Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb, təkliflər verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR