Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək
Sakura

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək

Azərbaycan hökuməti və UNİCEF-lə birgə ölkəmizdə unun zənginləşdirilməsilə bağlı qanun qəbul ediləcək.

Oxu.Az-ın məlumatına görə, bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, anemiya və digər mikroelementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir:

 "Bu məsələnin qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər. Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir".

O deyib ki, hökumət və UNİCEF-lə birgə Azərbaycanda unun zənginləşdirilməsilə bağlı qanun qəbul olunacaq.

"Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək", - deyə M.Quliyev qeyd edib.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR