Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda Türkmənistan benzini satılacaq

Azərbaycanda Türkmənistan benzini satılacaq
Sakura

Azərbaycanda Türkmənistan benzini satılacaq

SOCAR şirkəti Bakı Neft Emalı Zavodunun təmirə bağlanması ilə əlaqədar Azərbaycana 80 min tonadək “Aİ-92” markalı benzin idxal etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.

Xəbər verildiyi kimi, BNEZ yenidənqurma və modernləşdirilmə işlərinin həyata keçirilməsi məqsədilə qrafik üzrə 2018-ci ilin oktyabr ayında təmirə bağlanacaq.

“BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yarada bilər. Söhbət 80 min tonadək benzin ixracından gedir”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, benzin idxalı Türkmənistandan həyata keçiriləcək. “Bu, qiymət və logistika məsələləri baxımından münasib variantdır”, - mənbə əlavə edib. **

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR