Dərc edildi: Baxış sayı: 752
Azərbaycanda tualet quyusuna düşən uşaq belə xilas edildi
Tovuzda 4 metr dərinliyində quyuya düşən 2 yaşlı qız uşağı xilas edilib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
2 yaşlı Ayan Qasımova nəzarətsiz qalaraq sanitar qovşağının quyusuna düşüb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz Rayon şöbəsinin Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib.
Yarım saatlıq əməliyyatdan sonra azyaşlı quyudan çıxarılıb. 20 dəqiqədən çox quyuda qalan uşaq xəsarət almasa da ona yerindəcə tibbi yardım göstərilib.
Daha sonra qızcığaz ailəsinə təhvil verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət