Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanda transsərhəd ticarət genişləndirilib

Azərbaycanda transsərhəd ticarət genişləndirilib
Sakura

Azərbaycanda transsərhəd ticarət genişləndirilib

 “Doing Business 2019” hesabatının son nəşrində Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması (tutması) Prezident İlham Əliyevin apardığı çoxsektorlu iqtisadi islahatların bariz nümunəsidir. Xüsusilə xarici ticarət sahəsində tətbiq olunan yeni yanaşmalar ölkənin beynəlxalq reytinqlərdəki mövqeyinə müsbət təsir edibr. Dünyanın top-10 islahatçı ölkələr siyahısına liderlik edən Azərbaycanın qeydə alınan islahat tədbirlərindən biri də sərhəddə ticarət əməliyyatları və prosedurları ilə bağlıdır. “Yaşıl dəhliz” sisteminin tətbiq olunması, gömrük-sərhəd keçid məntələqlərin elektronlaşma, gömrük prosedurlarına qədər əhatə olunan sənədləşmə və sertifikatlaşdırmada “bir pəncərə” sistemi və elektron platformanın formalaşdırması, elektron vahid ixrac ərizəsi kimi tədbirləri Dünya Bankının “Doing Business” indeksi hesablama qrupu yüksək dəyərləndirib və müvafiq 2019-cu il hesabatında xüsusi olaraq qeyd edib.

Sərhəddə ticarət indikatorunun tərkib hissəsini analiz etdiyimiz zaman, Azərbaycanda xarici ticarət (aparılması) sahəsində müxtəlif meyarların asanlaşmasının şahidi oluruq. Belə ki, sərhədyanı keçid məntəqələrində sahibkarların sərf etdiyi zaman 12 saat azalaraq 17 saat olub. 2018-ci il üçün “Doing Business” hesabatında bu rəqəmin 29 saat təşkil etdiyini nəzərə alsaq, bu sahədə irəliləyiş ixracatçılar üçün kifayət qədər zamana qənaət edilməsi deməkdir. İxrac zamanı sərf olunan xərclərdə də azalma müşahidə olunub. Belə ki, 2018-ci il müddətində ixracatçı sənədləşmə prosesinə 300 ABŞ dolları sərf edirdisə, 2019-cu il hesabatında bu rəqəm 250 ABŞ dolları qeyd edilib. Şübhəsiz, ixrac proseslərində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sənədləşmə prosesində şəffaflıq və elektron xidmətlər sözügedən göstəricilərdə həm zaman cəhətdən, həm də daha az vəsaitin sərf olunması cəhətdən müsbət göstəricidir.

Bundan əlavə, xarici ticarətin önəmli parçası olan idxala sərf olunan zamanda da ciddi irəliləyiş müşahidə olunub. Aparılan islahatların nəticəsi olaraq sənədləşmə ilə bağlı sərf olunan zamanın 5 saat azaldılaraq 33 saata endirilməsi, həmçinin sərhəddə aparılan əməliyyatlara sərf olunan zamanın 16 saat azaldılaraq 14 saata endirilməsi Dövlət Gömrük Komitəsinin apardığı mərhələli islahat tədbirlərinin nəticəsidir. Təsadüfi deyil ki, “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiq olunması və sahibkarlara yanaşmada risk əsaslı yoxlamaların tətbiq olunması idxal zamanı ölkəmizin mövqeyinə öz təsirini göstərib.

Sözügedən indikator üzrə Azərbaycan inkişaf etmiş ölkələr arasında Avstraliya, Yunanıstan, MDB ölkələrindən Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Tacikistan kimi ölkələri qabaqlayır.

İxrac ilə əlaqədar tələb olunan sertifikatların alınması üçün tələb olunan sənədlərin Prezident İlham Əliyevin yaratdığı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən sürətli və çevik şəkildə verilməsi təmin edilir. Qida Təhlükəsizliyi Agentliyinin verdiyi fitosanitar, baytarlıq və qida təhlükəsizliyi sertifikatları, habelə İqtisadiyyat Nazirliyinin tərtib etdiyi Mənşə sertifikatının asan və sürətli şəkildə verilməsi ixracatçıların da zamana qənaət etməsinə səbəb olur. Bu baxımdan beynəlxalq iqtisadi ekspertər qısa vaxt çərçivəsini nəzərə alıb ölkəmizin biznes mühitinin yüksək olmasını vurğulayır.

Nəticə etibarı ilə, Azərbaycan “Doing Business 2019” hesabatı üzrə lider islahatçı ölkə hesab edilməklə, biznes fəaliyyətinin rahat həyata keçirildiyi bir məkana çevrilib. Xarici ticarət də ölkəmizdə valyuta ehtiyatlarının artması, məşğulluğun təmin edilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində sahibkarlıq mühitinin əsas parçasıdır. Sözügedən istiqamət üzrə islahatlarda qarşıdakı illərdə də davam etdirləcək.

Mənbə: Report

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR