Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA

Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA
Sakura

Azərbaycanda toyların təşkilinə icazə ilə bağlı AÇIQLAMA

Mayın 18-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

Ens.az Qazet.az-a istinadən xəbər verir ki, hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə bir sıra məhdudiyyətlər qüvvədə qalır.

Bunlar arasında tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması da var.

Lakin sosial şəbəkələrdə və yerli KİV-də sentyabr ayından etibarən toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə veriləcəyi barədə məlumatlar yer alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Qazet.az-a açıqlamasında bildirir ki, toy, nişan və ad günü mərasimlərinin təşkilinə icazə verilməsi ilə bağlı dəqiq tarix hələ ki, bilinmir.

“Bu barədə heç bir qərar yoxdur. Bunu heç kim bilmir”, – deyə İbrahim Məmmədov vurğulayıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR