Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda toy etmək neçəyə başa gəlir?

Azərbaycanda toy etmək neçəyə başa gəlir?
Sakura

Əvvəllər evlənmək üçün üç manat pul, bir kəllə qənd, bir molla bəs edirdisə, indi bunu demək çox çətindir

Əvvəllər evlənmək üçün üç manat pul, bir kəllə qənd, bir molla bəs edirdisə, indi bunu demək çox çətindir. Zaman dəyişdiyi kimi, istək və arzular da dəyişir.

Müasir dövrdə toy mərasimləri həddindən artıq dəbdəbəli keçirilir. Bəs əvvələr üç manata edilən toy hazırda neçəyə başa gəlir? Gəlin paltarları ilə başlayaq.

Gəlinliklərin kirayəsi və satışı ilə məşğul olan Anna Bayramova deyir ki, qiymətlər donların seçiminə uyğun olaraq fərqlənir. İcarəyə verilən gəlinliklər 200-4000 manat arasında dəyişir. Müsahibimiz sifarişlə hazırlanan gəlin donlarının daha baha olduğunu deyir.

İndi faytonların yerini bahalı və son model avtomobillər tutub. Toy maşınlarının kirayəsi ilə məşğul olan sahibkar Elvin Allazov deyir ki, qiymətlər avtomobillərin modelindən asılı olaraq  100-1500 manat arasında dəyişir. 

Gəlinin saç və makyajına gəldikdə, saç ustası Mehmet Özel bildirir ki, əvvələr daha çox göstəriş sevən gəlinlər hazırda daha çox sadə modellərə üstünlük verir.

Vizajist Günəş Nur gəlin makyajını 400 manata etdiyini deyir. O əlavə edir ki, ustaya görə qiymətlər dəyişir. 

Qeyd edək ki, Bakıda şadlıq evlərinin sayı çox olduğu kimi, qiymətləri də müxtəlifdir. 30-35 manatdan başlayan menyular seçimdən asılı olaraq artır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR