Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda təhlükəli alaq otu aşkarlanıb

Azərbaycanda təhlükəli alaq otu aşkarlanıb
Sakura

Azərbaycanda təhlükəli alaq otu aşkarlanıb

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə aparılan fitosanitar müşahidələrin nəticələri açıqlanıb.

Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən növbəti monitorinqlər Ağcabədi rayonunun Minəxorlu, Kəhrizli, Muğanlı kəndləri və rayon mərkəzində yaşıllıqlarda, bağlarda, əkin və həyətyanı sahələrdə, parklarda, yol kənarlarında həyata keçirilib.

Monitorinqlər zamanı sözügedən ərazilərdə təhlükəli alaq otu olan tikanlı quşüzümü aşkar edilib. Belə ki, tikanlı quşüzümü kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını kəskin azaldır, məhsulun keyfiyyətini pisləşdirir.

Bunu nəzərə alaraq AQTA əməkdaşları tərəfindən mexaniki ve aqrotexniki mübarizə tədbirlərinə başlanılıb və kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı tövsiyələr verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR