Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanda sürücülər üçün ekstremal şəraitdə təlimlərə start verilib

Azərbaycanda sürücülər üçün ekstremal şəraitdə təlimlərə start verilib
Sakura

Azərbaycanda sürücülər üçün ekstremal şəraitdə təlimlərə start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) məxsus “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinin təşkilinə start verib.

Dövlət xidmətindən “Report”a verilən məlumata görə, layihənin açılış mərasimində beynəlxalq təcrübə mübadiləsi çərçivəsində Türkiyə Sürmə Akademiyasının icraçı direktoru, qabaqcıl mütəxəssis, fəxri nəqliyyat müfəttişi Çətin Böyükçınar və akademiyanın peşəkar təlimçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Aydın Ağayev Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasından irəli gələn tələblər əsasında müxtəlif layihələrin, peşəkar heyətin iştirakı ilə təlimlərin daha da genişləndiriləcəyindən bəhs edib.

Tədbirdə çıxış edən Çətin Böyükçınar bildirib ki, sürmə texnikasına mükəmməl yiyələnmək, ən ekstremal şəraitlərdə sükanı idarəetmə vərdişlərinin formalaşdırılması sürücünü də, digər yol iştirakçılarını da qəzalardan maksimum qorumağa xidmət edir. Onun sözlərinə görə, xüsusilə ictimai nəqliyyatı idarə edən sürücülərin ekstremal vəziyyətlərə hakim olması sərnişin həyatı üçün çox önəmlidir.

Qeyd edək ki, dərslərə 19 yaşdan yuxarı sürücülər dəvət edilir. Mərkəzdə sürmə təlimi driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə “Ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın plan və proqramı” əsasında nəzəri və praktik dərsləri əhatə edəcək. Müvafiq proqram üzrə kursu bitirən müdavimlərə şəhadətnamələr təqdim ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR