Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib

Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib
Sakura

Azərbaycanda şprislərlə bağlı yeni standartlar qüvvəyə minib

 

Azərbaycanda birdəflik şprislərlə bağlı yeni dövlət standartı qüvvəyə minib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 “Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use” (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanmış “Inyeksiya üçün birdəfəlik steril şprislər" dövlət standartı 27 sentyabr 2019-cu il tarixində qəbul edilib. Standartlar 01.11.2019-cu il tarixindən qüvvəyə minib.

Bununla əlaqədar Analitik Ekspertiza Mərkəzində (AEMPHŞ) idxalçı şirkətlər üçün iclas təşkil edilib. İclasda AEM-in İdxal ekspertiza şöbəsinin müdiri və mütəxəssisləri tərəfindən yeni standart, inyeksiya üçün birdəfəlik steril şprislərin idxalı zamanı tələb olunan sənədlər toplusuna əlavə olunub sənədlər haqqında məlumat verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR